Vaxtanq Caraia: Orta Dəhliz Azərbaycan və Gürcüstan üçün strateji əhəmiyyət daşıyır
Orta Dəhliz təkcə Azərbaycan və Gürcüstan üçün deyil, Asiya və Avropanın aparıcı iqtisadi gücləri üçün də strateji əhəmiyyət daşıyır.
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında tanınmış iqtisadçı, professor Vaxtanq Caraia deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin səmərəli fəaliyyət göstərməsi üçün marşrut boyunca müvafiq investisiyaların həyata keçirilməsi və təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət daşıyır:
"Orta Dəhliz təkcə Gürcüstan və Azərbaycan üçün deyil, həm də Asiyanın və Avropanın güclü oyunçuları üçün strateji əhəmiyyət daşıyır. Ona görə də hamının marağındadır ki, Orta Dəhliz düzgün və adekvat şəkildə fəaliyyət göstərsin, müvafiq investisiyalar həyata keçirilsin və təhlükəsizlik təmin olunsun".
Vaxtanq Caraianın sözlərinə görə, Gürcüstan və Azərbaycan hökumətləri Orta Dəhlizin inkişafı istiqamətində sistemli iş aparır və layihənin inkişafı üçün müvafiq maliyyə və investisiya paketləri nəzərdə tutulub.
Ekspert hesab edir ki, Orta Dəhlizin potensialından daha səmərəli istifadə etmək üçün marşruta yeni biznes iştirakçılarının və investorların cəlb olunması da vacibdir:
"Gürcüstanın təhlükəsizliyi baxımından, Azərbaycanla birlikdə bu layihənin iqtisadi və sosial aspektlərdə düzgün fəaliyyət göstərməsi, daha çox oyunçunun, o cümlədən biznes iştirakçılarının cəlb olunması çox vacibdir. Onlar layihəyə daha çox yük gətirəcək, daha çox investor cəlb edəcəklər".
İqtisadçı Orta Dəhlizi region üçün tarixi əhəmiyyət daşıyan layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, layihə həm dəhliz üzərində yerləşən ölkələr, həm digər tərəfdaş dövlətlər, həm də Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar üçün əhəmiyyətlidir.
Qeyd edək ki, Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı təmin edən Transxəzər beynəlxalq nəqliyyat marşrutudur.
Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsinə 7 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Dünya Bankının hesabatında da Orta Dəhlizin inkişafının marşrut boyunca yerləşən 9 ölkəyə - Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana iqtisadi fayda verə biləcəyi qeyd olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib













