Rumıniya parlamenti yeni hökumətin proqramı və tərkibini nəzərdən keçirəcək
Far.Az xəbər saytı

Rumıniya parlamenti yeni hökumətin proqramı və tərkibini nəzərdən keçirəcək


Rumıniya parlamentində Milli Liberal Partiyasından (MLP) baş nazir postuna namizədliyi irəli sürülmüş Avropa Parlamentinin deputatı Ziqfrid Mureşanın formalaşdırdığı hökumətin proqramı və tərkibinin təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək.

"Report" "Inpolitics.ro" portalına istinadən xəbər verir ki, kabinetin proqramı parlamentarilərin və nazir müavinlərinin sayının azaldılmasını, dövlət şirkətləri və idarələrinin islahatını, eləcə də 2027-ci ildə yeni vergilərin tətbiqindən imtinanı nəzərdə tutur.

Hökumətin tərkibinə üç avropayönümlü partiyadan - MLP, Rumıniyanı Xilas Etmək İttifaqı və Rumıniya Macarlarının Demokratik İttifaqından (RMDİ) 16 nazir daxil olacaq. Onlardan 10-u, o cümlədən xarici işlər naziri Oana Tsoyu və müdafiə naziri Radu Mirutsə öz vəzifələrini qoruyub saxlayacaq. Həmçinin hər partiyadan biri olmaqla, üç baş nazir müavini postu nəzərdə tutulub.

Şərhçilər hesab edirlər ki, dərc olunmuş sənəd konkret hesablamalar, müddətlər və göstəricilərə malik tam dəyərli hökumət proqramından çox, şüarlar və vədlərdən ibarət seçkiqabağı manifestə bənzəyir.

"Hökumət təsdiqlənməsə - bu praktiki olaraq qaçılmazdır - sənəd çox asanlıqla MLP, Rumıniyanı Xilas Etmək İttifaqı və RMDİ üçün seçki platformasına çevrilə bilər", - portal qeyd edib.

Sosial Demokrat Partiyasının (SDP) lideri Sorin Qrindyanu bildirib ki, proqramda yoxsulluğun azaldılması üçün heç bir tədbir yer almayıb, halbuki məlumatlar 5 milyondan çox rumının yoxsulluq və ya sosial təcrid təhlükəsi ilə üz-üzə qaldığını göstərir.

"Biz Rumıniyadan tamamilə qopmuş bir baş nazirə səs verə bilmərik", - o əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər