Hüqo Bros: "Çexiya ilə oyunumuzun heç-heçə bitməsi təəssüf doğurur"
Far.Az xəbər saytı

Hüqo Bros: "Çexiya ilə oyunumuzun heç-heçə bitməsi təəssüf doğurur"


Cənubi Afrika Respublikası - Çexiya matçının heç-heçə başa çatması təəssüf doğurur.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının (CAR) baş məşqçisi Hüqo Bros DÇ-2026-nın qrup mərhələsində Çexiyaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis sözüdən qarşılaşmada yaxşı çıxış etdiklərini bildirib:

"Bu komanda ilə fəxr edirəm. Biz yaxşı futbol oynamağı sevirik, aqressivik və qol epizodları yaradırıq. Bəzi səhvlər etdik, amma ümumilikdə nümayiş etdirdiyimiz performansdan çox razıyam.

Çexiya millisi fiziki cəhətdən güclü və ucaboy futbolçulardan ibarətdir. Belə rəqibə qarşı yaxşı oyun sərgilədik. Qarşılaşmanın heç-heçə başa çatması bir qədər təəssüf doğurur. İndi Cənubi Koreya ilə oyunda qalib gəlməliyik. Bu da çox çətin görüş olacaq. Ancaq eyni düşüncə və əzmlə oynasaq, bunu bacara bilərik".

Qeyd edək ki, Cənubi Afrika Respublikası - Çexiya oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb – YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər