Yulen Lopeteqi: "Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaqdır"
Far.Az xəbər saytı

Yulen Lopeteqi: "Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaqdır"


Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaq və növbəti oyuna hazırlaşmaqdır.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Qətər yığmasının baş məşqçisi Yulen Lopeteqi DÇ-2026-nın qrup mərhələsində Kanada ilə keçirilən oyundan sonra deyib.

Mütəxəssis ağır məğlubiyyətin komanda üçün ciddi dərs olduğunu vurğulayıb:

"Çox çətin gecə oldu. Rəqib bizdən üstün oynadı və bunu qəbul etməliyik. Buraxdığımız səhvlər nəticəyə birbaşa təsir göstərdi. Belə məğlubiyyətdən sonra ən vacib məsələ toparlanmaq və növbəti oyuna hazırlaşmaqdır. Hələ qarşıda bir matçımız var və sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Qətər millisi Kanada yığmasına 0:6 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Qətər millisinin baş məşqçisi Yulen Lopeteqi: "Komandamla fəxr edirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər