Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib
Far.Az xəbər saytı

Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib


Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Far.Az"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roy Kehat "Sumqayıt"ın qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran "kimyaçılar" 4-cü pillədə qərarlaşıb. Bakı klubu isə 1 xalla doqquzuncudur.

Günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "Sumqayıt" "Səbail"i məğlub edib
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
“Neftçi” “Sabah”la üz-üzə - Heyətlər açıqlanıb
Premyer Liqa: "Neftçi" "Sabah"a məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər