Maurisio Poçettino: "ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir"
Far.Az xəbər saytı

Maurisio Poçettino: "ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir"


ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Maurisio Poçettino Avstraliyaya qarşı mundialın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"Dekabrda keçirilən püşkatmadan sonra qrupun çox çətin olacağını düşünürdüm. Həqiqətən də, güclü rəqiblərə qarşı çıxış edirik. Amma Avstraliya ilə matça nəzarət edən tərəf biz idik. Futbolçular möhtəşəm çıxış etdilər. Azarkeşlərimiz üçün də çox sevinirəm. Kristian Pulisiçin oynaması mümkün deyildi, lakin bu turnirdə qalib gəlmək istəyiriksə, bütün heyətə ehtiyacımız var. Ümid edirəm ki, o ən qısa zamanda sağalıb komandaya kömək edə biləcək".

Qeyd edək ki, ABŞ Avstraliya seçməsini 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər