İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi
Far.Az xəbər saytı

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi


İsmayıllıda orta məktəb şagirdi özündən 7 yaş böyük həmkəndlisini döydüyü üçün həbs edilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində baş verib.

Kənd sakini, 2009-cu il təvəllüdlü Sovqat Məmmədov (soyad şərtidir) orta məktəbdə həmkəndlisi olan qızla eyni partada oturub. Qızı sevən kənd sakini, 2002-ci il təvəllüdlü Camal Ağayev (soyad şərtidir) isə qısqandığı üçün Sovqata xəbər göndərib ki, həmin qızla bir partada oturmasın. Sovqat bu barədə sinif rəhbərinə məlumat verib və sinifdə başqa partada oturmasını xahiş edib. Amma müəllim Sovqatın yerini dəyişməyib.

Hadisədən bir müddət sonra Camal Sovqata yenidən xəbərdarlıq etsə də, nəticə olmayıb. O, orta məktəbin yaxınlığında olan İsmayıllı Rayon İcra Hakimiyyətinin Kürdmaşı kənd ərazi dairəsi üzrə nümayəndəliyin binasının qarşısına gələrək Sovqatı həmin yerə çağırıb. Sovqat hadisə yerinə gələndə Camal yenidən onunla mübahisə edib. Mübahisə zamanı Sovqat Camalı döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Sovqat saxlanılaraq izahatı alınıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Sovqat Məmmədov 3 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Məktəbin ilk günündən FOTOLAR
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər