Azərbaycan millisi bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq
Far.Az xəbər saytı

Azərbaycan millisi bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq


Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı

Pley-off mərhələsi, ilk oyun

25 oktyabr

16:00. Azərbaycan – Portuqaliya

Hakimlər: Fabyenn Mişel, Melissa Cus (Almaniya), Amina Sara Quçi (Avstraliya), Karolin Uoker (Almaniya).

"Liv Bona Dea Arena".

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Liv Bona Dea Arena"da hakimlər üçün seminar keçirilib
Liv Bona Dea Hospital daun sindromlu uşaqları ödənişsiz kardioloji müayinədən keçirib
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər