Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub
Far.Az xəbər saytı

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub


Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub.

"Report" xəbər verir ki, bu, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Boris Qrebennikovun baş məşqçi olduğu komandanın Portuqaliya yığması ilə oyunundan sonra reallaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 3:1 (21:25, 25:16, 25:12, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli daha əvvəl Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana 1:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər