Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"
Far.Az xəbər saytı

Rudi Qarsiya: "Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik"


Belçika millisi İranla matçda hücum xəttində səmərəli ola bilməyib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Rudi Qarsiya İran yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis heç-heçə başa çatan görüşü dəyərləndirib:

"Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik. Mən gözləyirdim ki, topa təxminən 70 faiz sahib olaq və rəqib qapısına çox sayda zərbələr vuraq. Düzdür, qapıya zərbələrimiz oldu, amma rəqib qolkiperi kifayət qədər çətin vəziyyətə sala bilmədik. 10 nəfərlə oynamağımız da, əlbəttə ki, işimizi daha da çətinləşdirdi.

Bundan əvvəl də belə oyunlarımız olub və adətən, ən azı üç qol vurmağı bacarmışıq".

Qeyd edək ki, Belçika - İran oyunu 0:0 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər