Vüqar Bayramov: "Azərbaycan yığması günü-gündən böyüyür"
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması günü-gündən böyüyür.
"Far.Az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bunu millinin kapitanı Vüqar Bayramov Avropa Liqasında keçirilən oyunlardan sonra deyib.
Təcrübəli voleybolçu turnirdə ev oyunlarının daha gərgin keçdiyini bildirib:
"Avropa Liqası bizim üçün yekunlaşdı. Evdə Macarıstan və Portuqaliya seçmələrinə 1:3 hesabı ilə məğlub olduq. Bu matçlar uğursuz nəticəyə rəğmən, səfər oyunlarımızla müqayisədə daha maraqlı və gərgin keçdi. Bəzi setlərdə daha səmərəli çıxış etdik. Buna görə komanda yoldaşlarıma və məşqçi heyətinə təşəkkürümü bildirirəm".
Kapitan komandaya yeni cəlb olunan gənclərin çıxışına da toxunub:
"Gənc oyunçularımız bu il ilk dəfə milliyə dəvət olunmuşdular. Onları təbrik edirəm və uğurlar arzu edirəm. Ümid edirəm ki, həmin voleybolçular Azərbaycanı gələcəkdə də layiqincə təmsil edəcəklər. Bu, idmandır və komandamız günü-gündən böyüyür. Perspektivli oyunçularımız var, sadəcə, daha yaxşı çalışmaq lazımdır. Növbəti yarışlarda gənclərin yığmanı daha gözəl təmsil edəcəyinə inanıram".
Qeyd edək ki, milli Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Portuqaliya və Macarıstana isə 1:3 hesabı ilə məğlub olaraq turniri qələbəsiz başa vurub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək













