Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib
Far.Az xəbər saytı

Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib


Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov "Dostlug" neftdaşıyan tankerinin hədiyyə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

BAKU.WS xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Dostlug" neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.

Qeyd edək ki, hədiyyə edilən "Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.

Tankerin dedveyti 7875 ton, ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər