Əziz Əzizov: "Beyləqanda 9 min hektara yaxın sahədə pambıq əkini planlaşdırılır"
Beyləqan rayonu ötən il pambıq yığımına ölkə üzrə birinci yerə çıxıb.
"Far.Az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, 2025-ci təsərrüfat ili Beyləqan rayonu üçün uğurlu olub: "Rayon ərazisində tədarükçü şirkətlərlə fermerlər arasında bağlanmış müqavilələr əsasında 8 898,3 hektar sahədə pambıq əkini aparılıb, hər hektardan orta hesabla 42,2 sentner məhsuldarlıq əldə olunmaqla 37 541 ton pambıq məhsulu toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Beyləqan rayonu 2025-ci ilin yekunlarına əsasən pambıq məhsuldarlığı göstəricisinə görə respublika üzrə birinci yerə yüksəlib. Bu uğur rayon zəhmətkeşlərinin fədakar əməyinin və dövlət başçısı tərəfindən həyata keçirilən dayanıqlı aqrar siyasətin növbəti təzahürüdür".
İcra başçısı bildirib ki, 2026-cı ildə pambıq emalı müəssisələri ilə rayonun torpaq mülkiyyətçiləri arasında 9 min hektara yaxın sahədə pambıq əkini üçün müqavilələr bağlanıb: "Əldə olunmuş nailiyyətlərin davamlılığının təmin edilməsi məqsədilə əkin sahələrində aqrotexniki tədbirlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir".
Ə. Əzizov qeyd edib ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi gələcəkdə Beyləqanın su təminatının daha da yaxşılaşdırılmasına mühüm töhfə verəcək: "Xüsusi əhəmiyyətə malik bu layihə Qarabağ iqtisadi zonası və Beyləqan da daxil olmaqla ona yaxın ərazilərdə yerləşən 9 rayonda 115 min hektaradək sahəni əhatə etməklə su itkilərinin minimuma endirilməsinə, suvarma təminatında mövcud çətinliklərin aradan qaldırılmasına, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və ekoloji tarazlığın qorunmasına geniş imkanlar yaradacaq. Su itkilərinin minimuma endirilməsi məqsədilə rayon ərazisində müasir damcı və yağışyağdırma suvarma sistemlərinin tətbiqi genişləndiriləcək, bu istiqamətdə ölkə üzrə belə sahələrin 300 min hektara çatdırılması hədəfinə öz töhfəmiz veriləcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
"Airspace World 2026": AZANS bir sıra beynəlxalq şirkətlərlə yeni təşəbbüslər elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
-
Zooparkda pələng kişini diri-diri yedi













