Almaniya rəsmisi: "Azərbaycanla iqtisadi sahədə istifadə edəcəyimiz böyük potensial var"
Far.Az xəbər saytı

Almaniya rəsmisi: "Azərbaycanla iqtisadi sahədə istifadə edəcəyimiz böyük potensial var"


Azərbaycan və Almaniyanın iqtisadi sahədə istifadə edə biləcəyi böyük potensial var.

"Far.Az" xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin baş direktor müavini Gerlind Hekman Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında dəstəyə ehtiyacın olduğu impuls mövcuddur: "Almaniya perspektivinə gəlincə, bizim şirkətlərimizə bərpa olunan enerji mənbələri, infrastruktur və müasir texnologiyalar sahələrində böyük potensial görürük. İxrac kredit zəmanətləri və əsasən Almaniya hökumətinin dəstək verdiyi və yaxud dəstək verilən digər alətlər bu imkanları həqiqətən uzunmüddətli davamlı layihələrə çevirməyə kömək edə bilər".

G.Hekman qeyd edib ki, iki ölkə arasında davamlı, uzunmüddətli əlaqələr qurmaq üçün biznesə, layihələrə və insanlara ehtiyac var: "Təmsil etdiyi nazirlik həm Berlində, həm də Bakıda bu səyləri fəal şəkildə dəstəkləyir. Belə ki, mənim komandam bir neçə həftə əvvəl siyasi danışıqlar, işgüzar dairələrlə birbaşa danışıqlar üçün burada olub. Bu təmas məncə Azərbaycana və bütövlükdə regiona yönəlmiş artan diqqəti nümayiş etdirir".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər