Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb
Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Özbəkistana səfər edib.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
"Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti UNESCO və ICESCO-nun himayəsi altında Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda və Əndican şəhərində təşkil olunan "Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026" ilinin açılış mərasimində iştirak edəcək", - məlumatda bildirilib.
23-26 iyun tarixlərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu Şərq klassik musiqi irsinin mühüm qollarından sayılan məqam (muğam) sənətinin qorunması, təbliği və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunub. Forumun proqramı elmi-praktik konfranslar, konsertlər, ustad dərsləri və yaradıcı müzakirələri əhatə edir.
"Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026" ilinin rəsmi açılışı və bu çərçivədə keçiriləcək tədbirlər türk xalqlarının ortaq tarixi-mədəni irsinin təşviqi, mədəni həmrəyliyin möhkəmləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Nümayəndə heyətinin adıçəkilən tədbirlərdə iştirakı eyni zamanda "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında qeyd olunan beynəlxalq mədəni tərəfdaşlıqların genişləndirilməsi üzrə müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













