Məktəb direktoruna kabinetində xəsarət yetirən şəxsə cəza verildi
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində A.Alxanov adına orta məktəbdə baş verib.
1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə məktəbə daxil olaraq direktor Gülnurə Babaşovaya hücum edib, kabinetini dağıdaraq oradakı marker qabını onun üzərinə atıb. Nəticədə direktorun baş nahiyəsinə xəsarət yetirilib. Həmçinin uca səslə təhqiramiz ifadələr işlədərək məktəbin iş rejimini pozub.
Bildirilib ki, hadisədən bir müddət əvvəl Elxan həyat yoldaşının orta məktəbdə texniki işçi vəzifəsinə təyin olunması üçün müxtəlif qurumlara müraciət edib. Lakin G.Babaşova Elxanın pis vərdişlərinin olduğunu və aqressiv şəxs kimi tanındığını iddia edərək onun arvadını işə götürməkdən imtina edib. Bunu öyrənən 44 yaşlı kişi məktəbə hücum edərək direktorla münaqişə yaradıb.
Faktla bağlı Şamaxı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə açılmış iş baxılması üçün məhkəməyə göndərilib.
Məktəb direktoru məhkəmədən ona ağır cəza verilməsini istəyib. Lakin məhkəmə Elxanın ilk dəfə cinayət törətməsini, azyaşlı övladlarını və digər halları nəzərə alaraq, təqsirləndirilən şəxsə şərti cəza təyin edib.
Oxşar xəbərlər
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Məktəbin ilk günündən FOTOLAR
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













