"Kəpəz"in baş məşqçisi: "Görüşün son iki dəqiqəsində olmayan cərimə zərbələri müzakirə mövzusudur"
Far.Az xəbər saytı

"Kəpəz"in baş məşqçisi: "Görüşün son iki dəqiqəsində olmayan cərimə zərbələri müzakirə mövzusudur"


Qapımıza vurulan ilk qol epizodu, görüşün son iki dəqiqəsində olmayan cərimə zərbələri müzakirə mövzusudur.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın maraqlı keçdiyini bildirib:

"Məncə, hamı üçün maraqlı matç oldu. Sadəcə, bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər. Mənim üçün bəzi sürprizlər və yaxşı cəhətlər oldu. Futbolçulara təşəkkür edirəm. Bəzi məsələləri yəqin ki, görənlər qiymətləndirib, təhlil edəcəklər. Qapımıza vurulan ilk qol epizodu, görüşün son iki dəqiqəsində olmayan cərimələr müzakirə mövzusudur. Mən hakimlərin ədalətinə inanmıram".

Qeyd edək ki, ölkə çempionatının XI turunda "Kəpəz" Tovuz şəhər stadionunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər