Mişel Pereyra: "Şara ilə döyüşün çox maraqlı keçəcəyinə inanıram"
"Mənim həyatım açıq kitab kimidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "UFC Fight Night"da ikinci əsas döyüşdə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedovla qarşılaşacaq Mişel Pereyra deyib.
O bildirib ki, azarkeşlər onun haqqında bütün məlumatlara sahibdirlər:
"Çünki mən bütün həyatımı sosial şəbəkələrdə paylaşıram. Şara ilə döyüşün çox maraqlı keçəcəyinə inanıram. Rəqibim güclüdür və döyüşün qızğın mübarizə şəraitində keçəcəyinə inanıram. Əslinə qalsa, mən çoxlu məşq etmişəm, özümə inanıram və döyüşə tam fokuslanmışam. Buna görə də qalib gələcəyimə əminəm".
"Azərbaycandakı təamların dadına baxmamışam, çünki pəhrizdəyəm. Amma döyüşdən sonra mütləq baxacağam", - deyə Mişel Pereyra qeyd edib.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
Oxşar xəbərlər
Şarabutdin Maqomedov: "Əsl Qafqaz ruhunu nümayiş etdirmək istəyirəm"
UFC ilk dəfə Azərbaycanda!
Dana Uayt azarkeşləri "UFC Fight Night Baku" turnirini izləməyə dəvət edib
UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır
MMA idmançısı Şarabutdin Maqomedov: "Bakıda möhtəşəm döyüş göstərmək istəyirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













