Telefonunu avtomobilə çırpıb pul tələb edən şəxsi polis SAXLADI
Far.Az xəbər saytı

Telefonunu avtomobilə çırpıb pul tələb edən şəxsi polis SAXLADI


Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Far.Az xəbər verir ki, keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş, 1987-ci il təvəllüdlü Elman Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub.

Onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

***2026-06-23 saat 18:43

Sosial şəbəkələrdə yayılan dələduzluq videosu ilə bağlı polis hərəkətə keçib.

Far.Az xəbər verir ki, bu barədə polis araşdırmalara başlayıb.

***13:55

Sosial şəbəkələrdə yeni dələduzluq üsulunu əks etdirən görüntülər yayılıb.

Far.Az xəbər verir ki, kadrlarda bir şəxsin qəsdən əlindəki telefonu hərəkətdə olan avtomobilə vurduğu, daha sonra isə cihazın sürücü tərəfindən sındırıldığını iddia edərək pul tələb etdiyi görünür.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər