Bakıda maşını yolun əks istiqamətində sürdü - RƏSMİ AÇIQLAMA - ANBAAN VİDEO
Far.Az xəbər saytı

Bakıda maşını yolun əks istiqamətində sürdü - RƏSMİ AÇIQLAMA - ANBAAN VİDEO


Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasını əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Far.Az-in sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücünün şəxsiyyəti müəyyən edilib və onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

***16:45

Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, "77-GT-538" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini əks hərəkət zolağına çıxarıb. Bu isə yolda hərəkət edən digər sürücülər üçün ciddi qəza riski yaradıb.

Həmin videonu təqdim edirik:

Bakıda maşını yolun əks istiqamətində sürdü - RƏSMİ AÇIQLAMA - ANBAAN VİDEO

Oxşar xəbərlər

Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda maşını yolun əks istiqamətində sürdü - ANBAAN VİDEO
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Tünzalə Ağayeva 2025-ci ili bu görüntülərlə yekunlaşdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər