Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək
Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək.
“Far.Az” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da (Bakı ilə eyni vaxtda - red.) yekun vurulacaq seçkilərdə 3 milyon 508 min 294 vətəndaşın iştirak edəcəyini, onlardan 3 milyon 113 min 747 nəfərin elektron texnologiyalardan istifadə ilə iştirak edəcəyini bildirib. Gürcüstanda və xaricdə 3 111 seçki məntəqəsi açılacaq ki, onlardan 67-si 42 ölkədə olacaq.
Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır: hakim "Gürcü Arzusu" Partiyası və müxalif "Vahid Milli Hərəkat" Partiyası, "Dəyişikliklər Koalisiyası", "Güclü Gürcüstan" və "Gürcüstan uğrunda" partiyaları.
Seçkiləri 111 yerli və 76 beynəlxalq təşkilat, həmçinin 199 media qurumu müşahidə edəcək.
Gürcüstan parlamentinə 150 deputat seçiləcək.
ATƏT/DTİHB-nin uzunmüddətli müşahidə missiyası oktyabrda Gürcüstanda seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatında onu son dərəcə qütblü adlandırıb. Hakim “Gürcü arzusu” Partiyasının nümayəndələri seçkiləri sülh və müharibə haqqında referendumla müqayisə edirlər. Öz növbəsində, müxalifət hakim partiyanın ölkəni hər gün Rusiya orbitinə yaxınlaşdırdığını əsas gətirərək vətəndaşların Avropa və Rusiya arasında seçim etməli olduğunu deyir.
Seçkilərə bir neçə gün qalmış həm “Gürcü Arzusu”, həm də müxalifət Tbilisidə öz tərəfdarlarının kütləvi mitinqləri keçirərək, xalqın seçilmiş nümayəndəsi olduqlarını bəyan etdilər.
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifəti açıq dəstəkləməklə və liderlərini müxalifət qüvvələrinin qələbəsi halında bir ildən sonra yeni parlament seçkilərinin təyin edilməsini nəzərdə tutan “Gürcüstan Xartiyası”nı imzalamağa inandıraraq seçkilərdə öz rolunu oynayır.
Gürcüstanın həbsdə olan keçmiş prezidenti, sosial şəbəkələrdən istifadə edən Mixeil Saakaşvili gündəlik mesajlarında tərəfdarlarını təşviq edir.
“Gürcü arzusu”nun nümayəndələri müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə destruktiv hərəkətini istisna etmirlər.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb
-
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib













