Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında iyunun 27-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, axşama doğru yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, gecəyə doğru isə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
Oxşar xəbərlər
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərinin havası açıqlanıb
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













