İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"
Far.Az xəbər saytı

İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"


İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Əmir Qalenoy açıqlama verib.

Mütəxəssis G qrupunun III turunda heç-heçə başa çatan (1:1) matçdan sonra fikirlərini bölüşüb:

"Bəxt bizdən yana olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda həyata keçirilən dəyişikliklər və bərpa üçün yetərli vaxtın olmaması komandanın performansına öz təsirini göstərdi. İndi yalnız növbəti qarşılaşmaların nəticələrini gözləməliyik və ümid edək ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələcəyik".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər