Binəqədidə yolun çökməsi ilə bağlı AAYDA-dan AÇIQLAMA
Far.Az xəbər saytı

Binəqədidə yolun çökməsi ilə bağlı AAYDA-dan AÇIQLAMA


"Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yol çökməsi baş verməyib".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

"Ərazidə "Aztelekom" MMC-yə məxsus rabitə kommunikasiya xəttinin baxış qapağında çökmə qeydə alınıb. Məsələ ilə bağlı aidiyyəti quruma tərəfimizdən operativ məlumat verilib və problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş olunub", - deyə A.Nəcəfli vurğulayıb.

*** 12:55

Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.

Ərazidən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Binəqədidə güclü yanğın məhdudlaşdırılıb, xəsarət alan yoxdur - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər