"UFC Fight Night Baku": Nazim Sadıxov məğlub olub - YENİLƏNİB-3
Far.Az xəbər saytı

"UFC Fight Night Baku": Nazim Sadıxov məğlub olub - YENİLƏNİB-3


Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

"Report"un məlumatına görə, azərbaycanlı Nazim Sadıxov (70,76 kq) Milli Gimnastika Arenasındakı yarışda oktaqona çıxıb.

O, Braziliya təmsilçisi Mateus Kamilo ilə üz-üzə gəlib.

N.Sadıxov ilk raundda rəqibinə uduzub.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

"Report"un məlumatına görə, əsas görüşlərin üçüncü duelində Qazaxıstan təmsilçisi Asu Almabayev (57,15 kq) ABŞ-dən olan Çarlz Consonla (56,92 kq) üz-üzə gəlib.

Super yüngül çəkidəki döyüşdə A.Almabayev qələbə qazanıb.

O, üçüncü raundda rəqibini təslim olmağa məcbur edib.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub.

"Report"un məlumatına görə, bu dəfə Rusiya təmsilçisi İkram Aliskerov (84,36 kq) braziliyalı Bruno Ferreyra (83,91 kq) ilə üz-üzə gəlib.

Orta çəkidəki döyüşdə İ.Aliskerov qələbə qazanıb. O, üç raundun yekununda rəqibini üstələyib.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas qarşılaşmalar başlayıb.

"Report"un məlumatına görə, ilk olaraq Almaniyanı təmsil edən Abus Maqomedov (84,14 kq) polşalı Mixal Olekseyçukla (84,36 kq) üz-üzə gəlib.

Orta çəkidəki görüşdə A.Maqomedov qələbəyə sevinib. O, birinci raundda vaxtından əvvəl qalib gəlib.

"UFC Fight Night Baku" turniri

Əsas döyüşlər:

Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib - YENİLƏNİB
"UFC Fight Night Baku": Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev nokautla qələbə qazanıb - YENİLƏNİB-5
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
"UFC Fight Night Baku": Avstraliyanı təmsil edən türkiyəli Kaan Ofli qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər