Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.
"Far.Az"un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.
Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M.Torresi nokaut edib.
Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir başa çatıb. Paytaxtdakı ilk analoji yarış 2025-ci ildə keçirilib.
Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"UFC Fight Night Baku": Nazim Sadıxov məğlub olub - YENİLƏNİB-3
"UFC Fight Night Baku": Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev nokautla qələbə qazanıb - YENİLƏNİB-5
"UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













