İstanbulda əldəqayırma qurğu partlayıb
Far.Az xəbər saytı

İstanbulda əldəqayırma qurğu partlayıb


Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda əldəqayırma qurğu partlayıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, motsikletli iki nəfər əldəqayırma qurğunu yaşayış binasının qarşısındakı səkinin önünə qoyub.

Onlar həmin yerdən uzaqlaşdıqdan sonra partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, ətrafdakı binalara və iş yerlərinə ziyan dəyib.

Polis hadisəni törədən iki şəxsin axtarışına başlayıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər