Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
Far.Az xəbər saytı

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu


Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan Raul Rəhimovla mübahisə edib. Mübahisə davaya çevrilib və F.Şabanov üzərində gəzdirdiyi "beşbarmaq" və bıçaqla R.Rəhimova zərbələr endirib. Xəstəxanaya yerləşdirilən R.Rəhimov orada ölüb.

R.Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər