AMB: Ödəniş məhsullarının xarici bazarlara çıxışı hədəflənir
Azərbaycanın ödəniş məhsullarının xarici bazarlara çıxışı hədəflənir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, AMB yaratdığı ödəniş məhsullarının, həmçinin Azərbaycan fintexləri və banklarının təqdim etdiyi xidmətlərin digər ölkələrdə də aktiv şəkildə istifadə olunmasını istəyir: "Bu istiqamətdə hazırda bir sıra layihələr həyata keçirilir. Onlardan biri də sərhədlərarası ("cross-border") ödənişlər, yəni digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır. Hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də mühüm nəticələr əldə olunacaq. Statistik göstəricilər də nümayiş etdirir ki, ölkədə ödəniş sistemlərinin inkişaf dinamikası kifayət qədər yüksəkdir və bazarın əhəmiyyətli hissəsi artıq əhatə olunub. Bununla yanaşı, hələ də böyük potensial mövcuddur. Xüsusilə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş sistemlərinin inteqrasiyası məqsədəuyğun olardı".
R.Mahmudov vurğulayıb ki, Azərbaycanın gələcəkdə regional ödəniş habına çevrilmək potensialı var: "Bu, uzunmüddətli və geniş işlərin həyata keçirilməsinin tələb olunduğu prosesdir. Lakin düşünürəm ki, düzgün tənzimləmə və innovasiyaların dəstəklənməsi bu məqsədə nail olmaq üçün əlverişli imkanlar yaradacaq. Yeni məhsul və xidmətlərin həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda təqdim olunması üçün adekvat normativ-hüquqi bazanın formalaşdırılması da əsas şərtlərdən biridir".
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Bu günün valyuta məzənnələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













