Səadət Yusifova: Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır
Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır.
"Far.Az" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağda keçiriləcək tədbirlər də xüsusi rəmzi məna daşıyır.
"Uzun illər işğal altında qalmış ərazilərimizdə mədəni həyat yenidən canlanır, tarixi abidələr bərpa olunur, yeni elm və təhsil ocaqları fəaliyyətə başlayır. Qarabağın Türk dünyasının alim və ziyalılarını qəbul etməsi Azərbaycanın mədəni dirçəlişinin mühüm göstəricilərindən biridir. Azərbaycan bu mühüm yubiley tədbirinə ev sahibliyi etməklə Türk dünyasının elmi-mədəni inteqrasiyasına öz töhfəsini verməkdən böyük qürur hissi duyur".
Səadət Yusifova bildirib ki, hazırda Türk dünyası yeni inkişaf mərhələsini yaşayır:
"Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













