DÇ-2026: Niderlandı məğlub edən Mərakeş 1/8 finala yüksəlib – YENİLƏNİB-8
Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) qol vuran futbolçular olublar.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Afrika təmsilçisi (3:2) 1/8 finala yüksəlib.
Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.
Futbol üzrə dünya çempionatının Niderland – Mərakeş oyununda əlavə vaxt başa çatıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final matçının əlavə vaxtında da qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda əlavə vaxt başlayıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Əgər burada da tərəflər bir-birilərinə üstünlük qura bilməsələr, penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda əsas vaxt başa çatıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Əgər burada da tərəflər bir-birilərinə üstünlük qura bilməsələr, penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabı bərabərləşdirİblər - 1:1.
90+1-ci dəqiqədə İssa Diop topu rəqibin qapısından keçirib.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında niderlandlılar hesabda önə keçiblər - 1:0.
72-ci dəqiqədə Kodi Qapko zərbəni dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Monterrey stadionunda keçirilən 1/16 final mərhələsinin matçının ilk hissəsində tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.
Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Futbol üzrə dünya çempionatının Niderland - Mərakeş oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Monterrey stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
DÇ-2026: Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – YENİLƏNİB-8
DÇ-2026: Niderland – Mərakeş oyununda əlavə vaxt başlayıb – YENİLƏNİR-6
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub













