Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycan Ordusunu necə dəyişdirəcək?
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlığın son illərdə əldə etdiyi inkişaf mərhələsi təhlil olunub.
Bildirilib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Normanın Silahlı Qüvvələr Günü münasibətilə verdiyi bəyanat Londonun Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığa böyük önəm verdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində siyasi iradənin mövcud olduğunu göstərir.
Qeyd olunub ki, 2025-ci ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri, eləcə də 2026-2027-ci illəri əhatə edən İkitərəfli Müdafiə Əməkdaşlığı Planının imzalanması hərbi təhsil, qərargah hazırlığı, kibertəhlükəsizlik, hərbi tibb, müdafiə sənayesi və birgə təlimlər üzrə əməkdaşlığı yeni mərhələyə yüksəldib.
Vurğulanıb ki, Azərbaycan zabitlərinin Böyük Britaniyanın hərbi təhsil müəssisələrində hazırlıq keçməsi, NATO standartlarına uyğun əməliyyat planlaşdırılması sahəsində əməkdaşlıq, eləcə də "Defence Cyber Marvel" kimi beynəlxalq kibertəhlükəsizlik təlimlərində birgə iştirak iki ölkənin təhlükəsizlik tərəfdaşlığını daha da gücləndirib.
Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində texnologiya əməkdaşlığı, birgə istehsal imkanlarının müzakirəsi, Böyük Britaniyanın silah ixracı məhdudiyyətlərini aradan qaldırması və Bakıda daimi müdafiə attaşesinin fəaliyyətə başlaması hərbi-texniki əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













