BDU rektoru türkologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edib
Far.Az xəbər saytı

BDU rektoru türkologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edib


Türkologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.

"Far.Az" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ali təhsil müəssisəsində keçirilən "Birinci Türkoloji Qurultayın dərsləri" adlı kitabın təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın irsi hamı üçün yol göstərəndir:

"Bu istiqamətdə hamımız səylərimizi birləşdirməli, həm tədris prosesində, həm də elmi tədqiqatlarda həmin materiallardan düzgün istifadə etməyi bacarmalıyıq".

Rektor akademik Nizami Cəfərovun hazırladığı "Türkoloji Qurultayın Dərsləri" adlı dərs vəsaitindən də bəhs edib:

"Bu gün həmin dərs vəsaitinin təqdimatı keçirilir. Hesab edirik ki, müxtəlif fakültələrin tələbələri və tədqiqatçıları bu kitabdan səmərəli şəkildə istifadə edə biləcəklər. Konfransın materialları da yüksək səviyyədə tərtib olunaraq artıq nəşr edilib. Burada təkcə Bakı Dövlət Universitetinin deyil, həm xarici ölkələrdən olan həmkarlarımızın, həm də Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat institutları və universitetlərin əməkdaşlarının hazırladığı məruzələr öz əksini tapıb".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər