Komitə sədri: TDT ölkələri dini təhsil müəssisələrinin təcrübə mübadiləsi çox önəmlidir
TDT-yə üzv ölkələrin aparıcı dini təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsi və birgə elmi araşdırmalarınnın aparılması çox önəmlidir.
"Far.Az"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündəki çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün Şuşada əsası qoyulan yeni platformanın vacibliyi strateji zərurətdən – dövlətlərarası səviyyədə hüquqi və institusional təhlükəsizlik arxitekturasını qurmaq ehtiyacından doğur:
"Məhz rəsmi dövlət qurumları səviyyəsində çoxtərəfli əməkdaşlığın qurulması böyük Türk ailəsinin mənəvi bütövlüyünə, ideoloji təhlükəsizliyinə və ortaq gələcəyinə birbaşa xidmət edən tarixi missiyadır. Platformamız çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş və bu gün mütərəqqi dini-akademik təhsilin mərkəzinə çevrilən Azərbaycan İlahiyyat İnstitutunun geniş potensialından istifadə olunmasını, institutumuz ilə TDT-yə üzv ölkələrin aparıcı dini təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, birgə elmi araşdırmaların və akademik əməkdaşlığın qurulmasını xüsusilə önəmli hesab edirik".
R.Məmmədov TDT çərçivəsində dini sahədə Müsəlman Dini İdarələri Rəhbərlərinin Şurası uğurla fəaliyyət göstərdiyini və onların fəaliyyətini yüksək qiymətləndirildiyini qeyd edib.
Dövlət Komitəsinin sədri bu elmi-tədris şəbəkəsi vasitəsilə TDT ölkələri alimlərinin və mütəxəssislərinin intellektual gücünü birləşdirərək, Türk dünyasının ortaq mənəvi irsini, İslam sivilizasiyasına mühüm töhfələr vermiş böyük mütəfəkkirlərinin elmi-fəlsəfi irsini birgə yaşatmaq əzmində olduqlarını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













