Dünya çempionatı: Azərbaycan güləşçisi Əli Cavadlı finala yüksəlib - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
"Far.Az"un məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançının yarımfinaldakı rəqibi iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün milli üzvü adını həlledici mərhələyə yazdırıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Əli Cavadlı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu (9:0), 1/4 finalda isə gürcüstanlı Luka Bolkvadzeni tam üstünlüklə (9:0) məğlub edib.
Hidayət Qurbanov
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
"Far.Az"un məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib - YENİLƏNİB-3
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













