Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.
Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.
H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər "başqa yerə getməmək haqda" qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.
Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi.
Oxşar xəbərlər
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













