Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan "Far.Az"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark Yaşayış Kompleksində partlayış baş verib.
"Far.Az"un yerli bürosu məlumat verir ki, hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların briqadaları cəlb olunub.
Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir. Partlayışın səbəbi, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
IDEA məktəblilər üçün Ekopark İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













