Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Far.Az xəbər saytı

Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib


Göyərtəsində daha əvvəl qəza siqnalı verən ABŞ-nin "Boeing E-3B Sentry" uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi yenidən Fars körfəzi bölgəsində qeydə alınıb.

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə bildirib.

Təyyarə təxminən 8,5 km yüksəklikdə dairəvi trayektoriya üzrə uçuş həyata keçirir. Söhbət iyulun 23-də uçuş zamanı göyərtəsində fövqəladə vəziyyət siqnalı verən eyni hava gəmisindən gedir.

Bundan sonra təyyarə bölgədəki hərbi bazalardan birinə uğurla eniş edib, lakin sonrakı bir neçə gün ərzində hava məkanında müşahidə olunmayıb. İnsidentin səbəbləri açıqlanmayıb.

Mənbə həmçinin qeyd edib ki, bu "Boeing E-3B Sentry" 1980-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib və artıq 46 ildir istismar olunur. Təyyarə 400 kilometrədək məsafədə hava hədəflərini aşkar etmək qabiliyyətinə malikdir.

Bundan başqa, agentliyin həmsöhbətinin sözlərinə görə, Fars körfəzinin neytral suları üzərində ABŞ-yə məxsus "Boeing KC-135R Stratotanker" yanacaqdaşıyan təyyarəsi də müşahidə olunur. Təyyarə İran dispetçerlərinin nəzarət etdiyi hava məkanının sərhədi yaxınlığında dairəvi trayektoriya üzrə uçuş həyata keçirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər