Fərid Qayıbov "UFC Fight Night"da çıxış edən azərbaycanlı idmançılarla görüşüb
Far.Az xəbər saytı

Fərid Qayıbov "UFC Fight Night"da çıxış edən azərbaycanlı idmançılarla görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov Bakıda ikinci dəfə keçirilən "UFC Fight Night" turnirində Azərbaycanı təmsil edən idmançılar – Rafael Fiziyev, Nazim Sadıxov, Fərman Həsənov və Tahir Abdullayevlə görüşüb.

"Far.Az" xəbər verir ki, söhbət zamanı idmançıların turnirdəki çıxışları, yarışla bağlı təəssüratları və gələcək planları müzakirə olunub.

Fərid Qayıbov onları nümayiş etdirdikləri mübarizəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, iyunun 27-də Bakıda keçirilən "UFC Fight Night" turnirində Azərbaycan təmsilçilərindən Rafael Fiziyev, Fərman Həsənov və Tahir Abdullayev qələbə qazanıblar.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"UFC Fight Night Baku": Nazim Sadıxov məğlub olub - YENİLƏNİB-3
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
"UFC Fight Night Baku": Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev nokautla qələbə qazanıb - YENİLƏNİB-5
Fərid Qayıbov son 2 ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər