Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Far.Az xəbər saytı

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub


Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

"Far.Az" xəbər verir ki, səfirlikdə təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.

M.Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil istiqamətləri üzrə məsul vəzifələrdə çalışıb.

Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavirlər ölkəmizin təhsil imkanlarının xaricdə təşviqi, təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsi və bu istiqamətdə əlaqələndirmənin təmin edilməsi məqsədilə fəaliyyət göstərirlər.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər