Ağstafada sursat partlayışı nəticəsində 1 nəfər ölüb, xəsarət alan var
Far.Az xəbər saytı

Ağstafada sursat partlayışı nəticəsində 1 nəfər ölüb, xəsarət alan var


Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə bəyanat yayıb.

Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində R.İbrahimov aldığı xəsarətlərdən ölüb, S.Əmrahov isə xəsarət allb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər