Ağsuda tanınmış həkimə böhtan atan qadınlar cəzalandırıldı
Ağsu rayonunda həkimə böhtan atan şəxslər cəzalandırılıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağsu rayon sakini Dəyanət Abdullayev rayonda həkim kimi fəaliyyət göstərib. O, 2007-ci ildə ailə həyatı qursa da, 2025-ci ildə məhkəmə qərarı ilə nikaha xitam verilib.
Hadisədən sonra keçmiş həyat yoldaşı öz yaxınları ilə birləşərək həkimə qarşı qərəzli məlumatlar yayıb, onun işgüzar nüfuzuna xələl gətirən şaiyələr səsləndiriblər. Məsələ ilə bağlı D.Abdullayev keçmiş həyat yoldaşı və onun qohumlarına xəbərdarlıq etsə də, qarşı tərəf dayanmadan qarayaxma kampaniyası apararaq həkimə böhtan atmağa, onun əxlaqsızlıq etməsi barədə yalan məlumatlar yaymağa davam edib.
D.Abdullayev xüsusi ittiham qaydasında iddia qaldıraraq ona qarşı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərin cəzalandırılmasını istəyib. O, keçmiş həyat yoldaşı Ülviyyə Abdullayeva və onun qohumları-Gültəkin Quliyeva və Əsli Abasova barədə şikayət verib.
Ağsu Rayon Məhkəməsində keçirilən prosesdə fakt təsdiqini tapıb və şikayət təmin edilib. Məhkəmənin qərarı ilə Ülviyyə Abdullayevanın əməlində Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri olmadığına görə ona bəraət verilib. Qərara əsasən, digər təqsirləndirilən şəxslər - Gültəkin Quliyeva və Əsli Abasova həmin maddələrlə təqsirli biliniblər, adıçəkilən şəxslərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Şou-biznesin xoşbəxt ailə həyatı olan məşhurları - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













