"AnewZ" Fransanın Afrikadakı təsirinin azalmasına dair "Macron Paradox" filmini hazırlayıb
"AnewZ" telekanalı Fransa Prezidenti Emmanuel Makronun prezidentliyinin ziddiyyətlərinə, Parisin Afrikadakı təsirinin azalmasına və Yelisey sarayı ilə əlaqəli şəxslər ətrafında məhkəmə çəkişmələrinə həsr olunmuş yeni "Makron paradoksu" ("Macron Paradox") sənədli filmini təqdim edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, araşdırma filminin mərkəzində Makronun əvvəlki Fransa siyasəti modelindən imtina və daha şəffaf idarəetmə sistemi qurmaq vədi, eləcə də ölkəsinin xaricdəki mövqelərinin zəifləməsi, prezidentin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Aleksandr Benalla ilə onun silahdaşı Anas Derrazın fəaliyyəti ilə bağlı məsələlər dayanır.
Filmdə bir-biri ilə əlaqəli iki istiqamət nəzərdən keçirilir. Birinci istiqamət Makronun "Françafrique" təcrübəsindən imtina etməyə və qitə ölkələri ilə yeni münasibətlər qurmağa söz verdiyi - Parisin Afrika siyasətini əhatə edir. Müəlliflər qeyd edirlər ki, bu bəyanatlara baxmayaraq, reallıqda Paris əvvəlki yanaşmalardan imtina edə bilməyib, bu da Afrika ölkələrində narazılığın artmasına və bölgədə Fransanın nüfuzunun zəifləməsinə səbəb olub.
Bundan əlavə, filmdə Sahel bölgəsindəki "Barkhane" əməliyyatına, təhlükəsizlik vəziyyətinin pisləşməsinə, Fransa qoşunlarının bir sıra Afrika ölkələrindən çıxarılmasına və Rusiya ilə Çin daxil olmaqla digər beynəlxalq oyunçuların mövqelərinin güclənməsinə xüsusi diqqət yetirilib.
İkinci istiqamət 2018-ci il mayın 1-də Parisdə baş verən hadisələrdən sonra qalmaqalın mərkəzinə düşən Yelisey sarayının təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Aleksandr Benallanın işi ilə bağlıdır. Müəlliflər, həmçinin onun silahdaşı Anas Derrazın fəaliyyətini nəzərdən keçirib, azərbaycanəsilli rusiyalı iş adamı Fərhad Əhmədov və "M/Y Luna" superyaxtası ilə bağlı ehtimal edilən konsaltinq müqaviləsi barədə məlumat veriblər.
Sənədli filmin müəllifləri belə bir qənaətə gəliblər ki, Fransanın xarici siyasət ritorikası və qeyri-rəsmi nüfuz şəbəkələri ilə bağlı daxili problemlər arasındakı ziddiyyətlər Makronun prezidentliyinin əsas xüsusiyyətlərindən birinə çevrilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub













