53 il sonra Brüs Li üçün bunu etdilər
Əfsanəvi döyüş ustası, aktyor və rejissor Brüs Li bundan sonra Kaliforniyada rəsmi olaraq anılacaq.
BAKU.WS xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusomun imzaladığı yeni qanunla 17 may tarixi rəsmi olaraq "Brüs Li Günü" elan edilib.
Brüs Li 1940-cı ildə çinli opera sənətçisi olan ailəsinin ABŞ turnesi zamanı Kaliforniyada dünyaya gəlib.
Uşaqlığını Honkonqda keçirən və 18 yaşında yenidən ABŞ-yə qayıdan Li, burada film dünyasına addım atıb.
"The Big Boss", "The Green Hornet", "Fist of Fury" və "Enter the Dragon" kimi ekran əsərləri ilə Kunq-funu bütün dünyaya tanıdan Brüs Li, karyerası boyunca irqçiliklə və ona bəxş edilən stereotip rollarla mübarizə aparıb.
Çin döyüş sənətlərini və fəlsəfəsini bütün dünyaya tanıdaraq Şərq mədəniyyətinin hörmət qazanmasında böyük rol oynayan Li, 1973-cü ildə, cəmi 32 yaşında ikən dünyasını dəyişib.
Brüs Li, vəfatından 53 il sonra Kaliforniya tarixində adına hər il xüsusi gün həsr olunan ilk Çin əsilli amerikalı olaraq tarixə düşüb.
Qalereya
Oxşar xəbərlər
Sənətlərini ölümlərindən əvvəlki əsərləri ilə əbədiləşdirən məşhurlar
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













