Jan Todt: BMT Azərbaycanın yol təhlükəsizliyi sahəsindəki tədbirlərini yüksək qiymətləndirir
Far.Az xəbər saytı

Jan Todt: BMT Azərbaycanın yol təhlükəsizliyi sahəsindəki tədbirlərini yüksək qiymətləndirir


BMT Azərbaycanın yol təhlükəsizliyi sahəsindəki tədbirlərini yüksək qiymətləndirir.

Xarici İşlər Nazirliyindən "Report"a verilən xəbərə görə, bu fikirlər xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtla görüşü zamanı səsləndirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat verib. Bu çərçivədə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi sahəsində görülən işlər vurğulanıb. Nazir həmçinin bütün ölkə ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə yüksək səvuyyəli yol və infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Jan Todt BMT Baş katibinin xüsusi elçisi qismində həyata keçirilən fəaliyyət, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər