Bakıda Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində "Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı: biznes dialoqu və əməkdaşlıq" mövzusunda əlavə panel sessiya keçirilib.
Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istonadən xəbər verir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının əməkdaşlığı ilə təşkil olunan sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyul ayında Almaniyaya rəsmi səfəri ikitərəfli tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Prezident və Federal Kanslerlə keçirilən görüşlər daha sıx əməkdaşlığa dair ortaq öhdəliyi bir daha təsdiqləyib. İkitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəlik haqqında və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair birgə bəyannamələr ticarət və investisiyaların genişləndirilməsi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün daha möhkəm çərçivə yaradır.
Almaniya ilə sənaye və texnologiyaların transferi, enerji və resurslardan səmərəli istifadə, nəqliyyat-logistika, regional bazarlara çıxış və digər sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar qeyd edilib.
Panel sessiyada Almaniya Şərq Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, "1Global" şirkətinin İdarə Heyətinin sədri Hannes Ametstreiter, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Milla Dairy" şirkətinin baş icraçı direktoru Azər Vahabzadə iştirak ediblər.
Panel iştirakçıları Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı investisiyaların təşviqi, sənaye kooperasiyasının genişləndirilməsi, texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Həmçinin özəl sektorlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni biznes tərəfdaşlıqlarının qurulması və birgə layihələrin reallaşdırılması imkanları ətrafında müzakirələr aparılıb.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













