Ermənistan Silahlı Qüvvələrində reallaşan son kadr dəyişiklikləri müzakirə edildi
Baku TV-də yayımlanan "Hərbi xronika"nın budəfəki buraxılışında Ermənistan Silahlı Qüvvələrində reallaşan son kadr dəyişiklikləri və xüsusilə Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinə edilən rəis təyinatı təhlil olunub.
Bildirilib ki, rotasiyalar fonunda ən diqqətçəkən məqam 44 günlük müharibədən sonra həm Ermənistanda, həm də Azərbaycanda "Gopçu Artsrun" kimi tanınan polkovnik Artsrun Ovannisyanın ölkənin əsas hərbi tədqiqat müəssisəsinə rəis təyin edilməsi olub.
Qeyd olunub ki, 2016-cı ildə yaradılan Milli Müdafiə Tədqiqat Universiteti hərbi-siyasi rəhbərlik üçün strateji təhsil proqramları təşkil edən, regional təhlükəsizlik və hərbi strategiya sahəsində elmi araşdırmalar aparan ali hərbi təhsil müəssisəsidir.
Dövlət hesabına maliyyələşən bu "beyin mərkəzi" NATO-nun xüsusi proqramı çərçivəsində dəstək alıb, Harvard və "Chatham House" kimi qurumlarla əlaqələr qurub və Azərbaycan üçün də izlənilən mühüm analitik platformalardan biri hesab olunur.
Vurğulanıb ki, yeni rəis Artsrun Ovannisyan ixtisasca artilleriya zabiti olsa da, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin brifinqlərini aparan əsas sima olub.
Azərbaycan Ordusunun uğurlu irəliləyişi qarşısında erməni qoşunlarının qaçışını "taktiki geriçəkilmə" kimi qələmə verən, Hadrutun azad olunması ilə bağlı yalanlar yayan Ovannisyanın bu ifadələri Azərbaycanda istehza obyektinə və Ermənistanın rəsmi dezinformasiya siyasətinin simvoluna çevrilib.
Diqqətə çatdırılıb ki, müharibədən sonra bu yalanları cəmiyyətin mənəvi durumunu qorumaq və informasiya müharibəsi aparmaq məqsədilə etdiyini etiraf edərək istefa verən belə bir nüfuzsuz şəxsin ölkənin əsas hərbi-elmi müəssisəsinə rəhbər gətirilməsi böyük maraq doğurub. Digər tərəfdən uzun onilliklər boyu saxta qəhrəmanlıq mifləri üzərində qurulan Ermənistan Ordusunun əsas təhsil ocağına məhz "Gopçu Artsrun"un rəis təyin edilməsi həm də xeyli simvolik xarakter daşıyır.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













