Kəmaləddin Heydərov "Bilgəh" xilasetmə məntəqəsinin açılışında iştirak edib
Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin yeni tikilmiş "Bilgəh" sularda xilasetmə məntəqəsinin açılışı və Xidmət üçün yeni alınmış texnikaların təqdimatı mərasimi keçirilib.
Bu barədə Far.Az-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Məlumat verilib ki, yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi hər cür vasitələrlə təmin olunub, burada dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bundan əlavə, bildirilib ki, dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli qurulması məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi həyata keçirilir.
Həmçinin, məlumat verilib ki, yeni alınmış texnika və hissələrə 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd "Yamaha" markalı hidrosikl və bunlar üçün 10 ədəd "Mercury 25" markalı asma mühərrik daxildir. Çevikliyi, istismar cəhətdən sadəliyi və texniki xidmət baxımından rahatlığı ilə seçilən bu texnikalar vətəndaşlarımızın sularda təhlükəsizliyinin təmin edilməsi işinə mühüm töhfə olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqların ölkəmizə gətirilərək uğurla tətbiq olunduğunu, şəxsi heyətin gündəlik fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını xatırladan nazir Kəmaləddin Heydərov, insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Zəfər muzeyinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib













