Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edilib
Far.Az xəbər saytı

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edilib


Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları tapılmış şəhid Əliyev Möysüm Murad oğlunun Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn mərasimi olub.

"Far.Az" Qarabağ bürosunun Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Birinci Mahmudlu kənd qəbiristanlığına gətirilən şəhid tabutunun önündə cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.

Qeyd edək ki, Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərə qatılıb. O, 1994 - cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

44 günlük Vətən müharibəsindən sonra rayon ərazisində adsız məzarların birindən tapılan qalıqların aparılan analizlər nəticəsində Möysüm Əliyevə aid olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyən edildikdən sonra ailəsinə təhvil verilib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər