Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı ilə birləşdirilməsi məsələsini işləyib hazırlamağı təklif edib.
"Far.Az" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu bəyanat Şavkat Mirziyoyevin Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı səsləndirilib.
Tərəflər nəqliyyat-tranzit əməkdaşlığının gücləndirilməsini və bu sahədə iki ölkənin potensialından tam istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Özbəkistan yüklərinin daşınmasında "Poti" və "Batumi" limanlarının infrastrukturundan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Eyni zamanda, sənaye zonası və Özbəkistan məhsullarının şourumu olan logistika habının yaradılması planları dəstəklənib.
Nəqliyyat gündəliyindən əlavə, Ş.Mirziyoyev və İ.Kobaxidze ticari-iqtisadi, investisiya, sənaye, turizm və mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.
Danışıqların yekunlarına əsasən, tərəflər yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması, ticarət sahəsindəki disbalansın aradan qaldırılması və məhsulların qarşılıqlı tədarükünün genişləndirilməsi üzrə ayrıca "yol xəritəsi" hazırlamaq barədə razılığa gəliblər.
Bundan əlavə, aqrar, enerji, elektrotexnika, əczaçılıq, qida və yüngül sənaye, tikinti materiallarının istehsalı, rəqəmsallaşdırma, İT, rəqəmsal bankçılıq və turizm sahələrində yeni birgə layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub. Layihə təşəbbüslərini dəstəkləmək üçün birgə investisiya fondunun yaradılması təklif edilib.
Eyni zamanda, Gürcüstanda Özbəkistan səfirliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Danışıqların yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair birgə "Yol Xəritəsi" hazırlanacaq.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Serbiya Prezidenti 49 nəfəri əfv etdiyini bildirib
-
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı













